Sumqayıtda "Mercedes" kişini vurub öldürdü - YENİLƏNİB
21 noyabr 2025 09:40 (UTC +04:00)

Sumqayıtda "Mercedes" kişini vurub öldürdü - YENİLƏNİB

0

Sumqayıtda avtomobilin vurub öldürdüyü piyadanın kimliyi məlum olub.

Lent.az xəbər verir ki, Ağayev Adil Namiq oğlu idarə etdiyi “Mercedes Benz C180 Minik” markalı avtomobillə S.Vurğun küçəsində yolu keçən piyada 55 yaşlı Sumqayıt şəhər sakini Əhədov Yaqub Qərib oğlunu vurub. Nəticədə piyada hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi açılıb.

***

04:41

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.

İlkin məlumata görə, yolu keçmək istəyən piyadanı “Mercedes” markalı minik avtomobili vurub.

Zərbənin təsirindən piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 554

Oxşar yazılar