Rauf Denktaşa həsr olunmuş kitabın təqdimatı keçirildi –
Lent.az-ın məlumatına görə, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid kitabda türk dünyasının böyük ictimai-siyasi xadimlərindən biri, Quzey Kıbrıs Türk Cümhuriyyətinin ilk prezidenti Rauf Denktaşın uşaqlıq və gənclik illəri, ada türklərinin haqları uğrunda başladığı mübarizə, siyasi-diplomatik çalışmaları, xatirələri yer aldığını bildirib. R. Məcid qeyd edib ki, kitab Qənirə Paşayevanın həyat keçirdiyi “Türk dünyasını tanıyaq və tanıdaq” layihəsi çərçivəsində hazırlanıb.
Kitabın tərtibçisi-müəllifi Qənirə Paşayeva isə “Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi...” kitabının bütün universitetlərə və kitabxanalara pulsuz paylanacağını vurğulayıb.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc kitabın nəşrini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Rauf Denktaş bir vətəndaş kimi ömrünü Kıbrısın azadlığına həsr edib. Bu mübarizə yolu da kitabda konkret faktlarla öz əksini tapıb.
Qeyd edək ki, “Rauf Denktaş: həyatı, mübarizəsi, arzusu, ümidi...” kitabının baş məsləhətçisi Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakı təmsilçisi Zəki Qazioğlu, redaktoru Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalıdır.
Xəyalə Muradlı

Oxşar yazılar

Ərdoğan "Qarabağa məktub" şeirini dedi - VİDEO
19 iyun 2025 , 17:35
Kahramanmaraşda “Azərbaycan” məhəlləsi açıldı - VİDEO - YENİLƏNİB
19 iyun 2025 , 16:39
Azərbaycan və Türkiyə prezidentləri Kahramanmaraşda görüşdü -YENİLƏNİB
19 iyun 2025 , 16:16İki ölkənin səfirliyi İrandan Azərbaycana köçürüldü -YENİLƏNİB
19 iyun 2025 , 15:44
Arayikgil ailələri ilə DANIŞDI
19 iyun 2025 , 14:50
Azərbaycandan İsrailə MÜRACİƏT: Ərdəbilin bombalanmasından narahatıq
19 iyun 2025 , 11:05
"Üçüncü dünya müharibəsi olacaq": Vanqanın 2025-ci il üçün dəhşətli PROQNOZU
18 iyun 2025 , 19:20