Milli Məclisin payız sessiyası başlayır
29 sentyabr 2010 10:30 (UTC +04:00)

Milli Məclisin payız sessiyası başlayır

Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov məlumat verib.

A. Nəsirovun sözlərinə görə, payız sessiyasının qanunvericilik işləri planına ümumilikdə 12 məsələ daxildir. Sentyabrın 30-u və oktyabrın 8-də keçiriləcək iclaslarda 34 sənəd, hökumətlərarası sazişin ratifikasiyasına dair qanun layihəsi, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq: “Bunlar, əsasən dövlət başçısının, Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və digər qurumların qanunvericilik təşəbbüsü ilə daxil olan sənədlərdir”.

Milli Məclis rəsmisi payız sessiyasında “Azərbaycan Respublikasının 2011-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinin də gözlənildiyini, lakin hələlik layihənin parlamentə təqdim olunmadığını bildirib.
# 760

Oxşar yazılar