Əhəd Abıyev Əli Kərimli ilə rəqib oldu
Millət vəkili Əhəd Abıyev müstəqil şəkildə 31 saylı Suraxanı II Seçki Dairəsindən namizədliyini irəli sürüb.
Bu barədə Lent.az-a açıqlamasında Əhəd Abıyev özü deyib. O, sənədlərini sentyabrın 27-də dairə seçki komissiyasına təqdim etdiyini bildirib: “Uzun müddət bu dairədə yaşamışam, çoxlu qohum, dost var. Hətta ailə qurduğum xanım da o ərazidən olub. Ona görə də təşəbbüs qrupu yaradılıb, yüksək səviyyədə hazırlıq işləri gedir”.
Qeyd edək ki, bu dairədən AXCP sədri Əli Kərimli də namizədliyini irəli sürüb. Əhəd Abıyev deyib ki, heç bir rəqibindən çəkinmir: “YAP da bu dairədə çox güclüdür, yüksək səviyyədə, şəffaf seçki keçirilməsinə imkan var. Kim də rəqib olar, kimə əhali səs verər, o da qalib gələr. Qabaqcadan heç nə demək olmaz. Mənim böyük inamım var. İnanıram ki, bu seçkidə qalib gələcəyəm”.
Ramiz

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53