Ermənilər azərbaycanlı hərbçilərin meyitlərinin onlarda olduğunu təsdiqlədi
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycanla Ermənistan arasında 8 hərbi əsir, 6 mülki şəxs, iki meyitin və statusu hələ müəyyənləşməmiş Ermənistan vətəndaşının qaytarılması istiqamətində iş aparır.
BQXK-nın Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, həmin şəxslərin taleyi ilə bağlı məsələ BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri, xanım Paskal Mej Vaqnerin regiona səfəri zamanı da müzakirə obyekti olub: “Bu istiqamətdə biz üzərimizə düşən vəzifəni yerinə yetiririk. Həmin şəxslərin qaytarılması isə tərəflərin razılığı və saxlanılan şəxslərin arzusu əsasında baş tuta bilər”.
Qeyd edək ki, Ermənistan tərəfi gizir Mübariz İbrahimovun və zabit Fərid Əhmədovun meyitinin onlarda olması faktını BQXK-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatların rəhbəri, xanım Paskal Mej Vaqnerin regiona səfəri zamanı təsdiqləyib.
Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M.İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Oxşar yazılar

İran-İsrail hərbi münaqişəsi fonunda Azərbaycanı hədəf alan şəbəkələr
19 iyun 2025 , 20:18
Kahramanmaraşda “Azərbaycan” məhəlləsi açıldı - VİDEO - YENİLƏNİB
19 iyun 2025 , 19:31
Ərdoğan "Qarabağa məktub" şeirini dedi - VİDEO
19 iyun 2025 , 17:35
Azərbaycan və Türkiyə prezidentləri Kahramanmaraşda görüşdü -YENİLƏNİB
19 iyun 2025 , 16:16İki ölkənin səfirliyi İrandan Azərbaycana köçürüldü -YENİLƏNİB
19 iyun 2025 , 15:44
Arayikgil ailələri ilə DANIŞDI
19 iyun 2025 , 14:50
Azərbaycandan İsrailə MÜRACİƏT: Ərdəbilin bombalanmasından narahatıq
19 iyun 2025 , 11:05