Prezident İlham Əliyev Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonu qəbul edib
Lent.az-n AzərTAc-a istinadən məlumatına görə, Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri ölkəmizə ilk dəfə səfər etdiyini və səfərin onda yaxşı təəssürat yaratdığını deyib.
Azərbaycan hökumətinin əldə etdiyi nailiyyətlər barədə məlumatlı olduğunu bildirən Devid Lidinqton ölkələrimiz arasında xüsusilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində güclü və artmaqda davam edən əlaqələrin olduğunu vurğulayıb.
Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyib. Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqtonun bir qrup iş adamının müşayiəti ilə ölkəmizə səfərinə toxunan dövlət başçısı birgə fəaliyyət göstərmək marağının təkcə enerji sahəsində deyil, eləcə də digər sahələrdə də artdığını bildirib. Qonağın ölkəmizə səfərinin uğurlu keçəcəyini deyən dövlət başçısı səfərin əhəmiyyətli olduğunu və tərəfdaşlığımızın bütün sahələrini gücləndirəcəyinə əminliyini ifadə edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ölkəmizin Avropa İttifaqı və Avratlantik strukturları ilə əməkdaşlığına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53