® Millət vəkili Qənirə Paşayeva İstanbulda keçirilən Dünya Türk Forumunda çıxış edib
Lent.az-ın məlumatına görə, millət vəkili 60 ölkədən türk dünyası və diasporlarının nümayəndələrinin iştirak etdiyi forumda Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, Xocalı soyqırımı, 1 milyon azərbaycanlının bu gün də qaçqın və məcburi köçkün həyatı yaşaması və Ermənistanın onların öz evlərinə geri dönməsinə imkan verməməmi barədə danışıb.
Millət vəkili eyni zamanda Azərbaycan dövlətinin və prezident İlham Əliyevin Türk dövlətlərinin və xalqlarının əməkdaşlığının genişləndirilməsi və dirasporlarımızın birgə və ümumi hədəflər uğrunda fəaliyyəti istiqamətində gördüyü işlərdən söhbət açıb. “Güc Birlikdədir” deyən millət vəkili vurğulayıb ki, Qarabağ problemi təkcə azərbaycanlıların deyil, bütün Türk dünyasının problemidir və dünyanın hər yerində yaşayan türklər və onların təşkilatları bu probleminin həlli istiqamətində əlindən gələni etməli, səylərini daha da artırmalıdır: “Mən burdakı qazax, türkmən, özbək, qırğız, Balkan türkü, Türkiyə türkü, İraq türkü, Rusiya türkləri və dünyanın hər yerində yaşayan türk qardaş və bacılarımı çağırıram ki, Qarabağ problemini, Xocalı soyqırımını öz problemləri kimi hiss etsinlər, Ermənistanın işğalçılığı, erməni yalanları qarşısında bir Azərbaycan Türkü, bir Azərbaycanlı kimi mübarizə aparsınlar. Eyni zamanda biz ermənilərin qondarma erməni soyqırımı yalanlarına qarşı da birgə mübarizə aparmalıyıq, müdafiədən hücuma keçməliyik, ermənilərin bütün dünyanın gözü qarşısında 18 il əvvəl Xocalıda törətdiyi soyqırımının bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində birgə çalışmalıyıq. Biz problemlərimizə sənin, mənim, onun deyil, bizim problemimiş kimi baxmağı bacarmalı, ona qarşı birgə mübarizə aparmalı, onun həlli istiqamətində birgə çalışmalıyıq”.
Millət vəkili bir çox tədbir iştirakçısına Azərbaycan həqiqətləri, Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun hazırladığı kitablar və materialları da təqdim edib.
Qeyd edək ki, Forumda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, millət vəkilləri Fazil Qəzənfəroğlu, Sabir Rüstəmxanlı, Azəri-Türk qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycanın bir sıra qeyri-hökumət və diaspor təşkilatlarının rəhbərləri də iştirak edib və müzakirələr zamanı çıxışlar ediblər.

Oxşar yazılar

"Qarabağ hərəkatını davam etdirməməliyik" - PAŞİNYAN
23 avqust 2025 , 14:14
Politoloq Sergey Markov xarici agent elan olundu
22 avqust 2025 , 18:52
Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13
"Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtması qeyri-realdır" - Paşinyan
18 avqust 2025 , 19:11