(R) Millət vəkili Qənirə Paşayeva Türkiyədə mühüm görüşlər keçirib
Millət vəkili Qənirə Paşayeva İstanbulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə “Türk Şurası, Türk diasporu və sosial-iqtisadi əməkdaşlıq” mövzusunda keçirilən Dünya Türk Forumu çərçivəsində Türkiyənin TRT başda olmaqla bir neçə televiziya kanalında çıxışlar edib, bir sıra qəzetlərə müsahibələr verib.
Millət vəkili Dünya Türk Forumu çərçivəsində Türkiyə Böyük Millət Məclisinin deputatları, Türkiyənin bir sıra politoloqları, elm adamları, Qazaxıstan, Qırğızıstan, Rusiya, Amerika, Fransa, Almaniya, Finlandiya, Hollandiya, Belçika, Avstriya, Böyük Britaniya, Danimarka, Bolqarıstan və s. ölkələrdən gələn Türk kökənli millət vəkilləri, siyasətçilər, qeyri-hökumət təşkilatları rəhbərləri, kütləvi informasiya vasitələri nümayəndələri, elm, mədəniyyət xadimləri ilə də görüşlər keçirib. Q.Paşayeva televiziya kanallarındakı çıxışlarında, qəzetlərə müsahibələrində və görüşlərdə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, Xocalı soyqırımı, 1 milyon azərbaycanlının bu gün də qaçqın və məcburi köçkün həyatı yaşaması və Ermənistanın onların öz evlərinə geri dönməsinə imkan verməməsi barədə ətraflı məlumat verib.
Qənirə Paşayeva, eyni zamanda, Azərbaycan dövlətinin Türk dövlətlərinin və xalqlarının əməkdaşlığının genişləndirilməsi və diasporlarımızın birgə və ümumi hədəflər uğrunda fəaliyyəti istiqamətində gördüyü işlərdən söhbət açıb. Millət vəkili vurğulayıb ki, Qarabağ problemi təkcə azərbaycanlıların deyil, bütün Türk dünyasının problemidir və dünyanın hər yerində yaşayan türklər bu probleminin həlli istiqamətində əlindən gələni etməli, səylərini daha da artırmalıdır: «Biz ermənilərin qondarma erməni soyqırımı yalanlarına qarşı da birgə mübarizə aparmalıyıq, müdafiədən hücuma keçməliyik, ermənilərin bütün dünyanın gözü qarşısında 18 il əvvəl Xocalıda törətdiyi soyqırımının bütün dünyaya çatdırılması və tanıdılması istiqamətində birgə çalışmalıyıq».
Azərbaycan prezidenti İlham Əliyevin Türk Xalqlarının Qurultayında erməni yalanlarının qarşısının alınmasından danışarkən «biz müdafiədən hücuma keçməliyik» sözlərini xatırladan millət vəkili Azərbaycanın bu istiqamətdə gördüyü işlərdən danışıb və vurğulayıb ki, qondarma erməni soyqırımı iddiaları, ermənilərin Azərbaycanla, onun ayrılmaz parçası olan Qarabağla bağlı dünyada apardıqları yalan kampaniyasına qarşı bütün türklər birgə mübarizə aparmalıdır.

Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45