“Ermənistanla bağlı məsələdə provokasiya olmuşdu”
“Viza rejiminin ləğvi üçün Azərbaycanla danışıqlarımız davam edir. Prezident İlham Əliyevlə bu məsələni müzakirə etmişəm. Biz 52 ölkə ilə viza rejimini ləğv etmişik. Rusiya ilə də viza rejimini aradan qaldırmağa qərar verdiyimiz bir dövrdə Azərbaycanın türk iş adamlarından viza istəməsinin səbəbini izah etməkdə çətinlik çəkirik. Azərbaycanın bəzi tərəddüdləri var. Bizə söylədilər. Amma mən çox ümidliyəm, bu məsələnin həllini tapacağına inanırıq”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan-Türkiyə biznes-forumunda iştirak etmək üçün Naxçıvana gələn Türkiyənin dövlət naziri Zəfər Çağlayan deyib. “Duzdağ” otelində mətbuat konfransı keçirən nazir viza probleminin Türkiyə ilə Ermənistan arasındakı normallaşma prosesi ilə əlaqəsi olmadığını vurğulayıb. Türkiyənin bu məsələdə rəsmi mövqeyinin bəlli olduğuna diqqət çəkən Z. Çağlayan bildirib ki, Atatürk 1921-ci ildə Naxçıvana necə sahib çıxıbsa, bu gün Türkiyə bütövlükdə Azərbaycana o cür sahib çıxır: “Azərbaycanın həssas olduğu məsələləri bilirik. Ermənistanla bağlı məsələdə anlaşılmazlıq və provokasiya olmuşdu. Bizim siyasətimiz bəllidir. Dövlətin qırmızı xətləri yerində qalır. Bunun əksi mümkün deyil”.
Xatırladaq ki, Z. Çağlayan oktyabrın 26-da Sədərəkdəki Dilucu sərhəd məntəqəsində iş adamları ilə keçirdiyi görüşdə Azərbaycan torpaqları işğaldan azad edilməyincə Ermənistanla sərhədi açmayacaqlarını bəyan edib.

Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45