BŞBPİ AXCP sədri Əli Kərimlinin seçicilərlə görüşündə insident yaradan şəxs barədə tədbiri görüb
Bu barədə APA-ya BŞBPİ-dən bildirilib.
BŞBPİ-nin məlumatında qeyd olunur ki, “Azadlıq” qəzetinin 26 oktyabr tarixli sayında Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına 31 saylı Suraxanı seçki dairəsindən namizədliyi irəli sürülmüş Əli Kərimlinin və 19 saylı Nərimanov seçki dairəsindən namizəd Gözəl Bayramlının seçicilərlə görüşlərinə polisin qeyri-qanuni müdaxiləsi ilə bağlı məlumatlar yer alıb. Məlumatlarda oktyabrın 24-də Qaraçuxur qəsəbəsində, «Şəhidlər» abidə kompleksinin qarşısında seçicilərlə görüş keçirən deputatlığa namizəd Əli Kərimlinin avtomobilinə əyləşərkən “şikayətçilərin” hücumuna məruz qalması və bu təxribatın təşkilatçılarından birinin isə 32-ci polis bölməsinin rəisi olması, eləcə də deputatlığa namizəd Gözəl Bayramlının Nərimanov rayonu ərazisindəki 2 saylı şərab zavodunun konfrans zalında seçicilərlə görüş cəhdi zamanı polis təzyiqi ilə üzləşməsi qeyd olunub.
BŞBPİ-nin məlumatında qeyd olunur ki, qanunvericiliyə görə, polis seçki prosesinə müdaxilə etmir, yalnız sabitliyin keşiyində dayanır və qanunçuluğun bərqərar olunmasına çalışır: “Odur ki, «Azadlıq» qəzetində gedən materiallarla əlaqədar Bakı şəhər Baş Polis İdarəsində təcili araşdırmalar aparılıb və yuxarıda göstərilən məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilib. Məlum olub ki, Əli Kərimlinin seçicilərlə görüşünə Müasir Müsavat Partiyasının sədr müavini Fərhad Əliyev maneçilik törətməyə çalışıb və hay-küy salıb. Məhz polisin qanuni müdaxiləsindən sonra həmin vətəndaş görüşün keçirildiyi ərazidən uzaqlaşdırılıb və haqqında inzibati tənbeh tədbiri görülüb.
İkinci materialla əlaqədar qeyd etmək lazımdır ki, DİN-in Azərbaycan Respublikası Milli Məclisinə noyabrın 7-də keçiriləcək seçkilərlə əlaqədar tədbirlər planına uyğun olaraq, seçki kampaniyası dövründə rayon ərazisində keçirilən tədbirlərdə polis əməkdaşları deputatlığa namizədlərin (konkret olaraq Gözəl Bayramlının) təhlükəsizliyini və ictimai asayişin mühafizəsini təmin etmək məqsədilə iştirak edir. Deputatlığa namizədlərə görüş üçün yer ayırmaq isə polisin deyil, müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aiddir”.

Oxşar yazılar

Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45