Eldar Sabiroğlu: “Hərbi hissədəki faciə düşməni fəallaşdırıb”
“Hərbi hissəmizdə baş verən məlum faciə düşməni fəallaşdırıb. O, bundan öz məqsədləri üçün istifadə etməyə çalışır”.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu deyib. Lent.azın məlumatına görə, E.Sabiroğlu bildirib ki, fevralın 21-də və 22-də Ermənistan Silahlı Bölmələrinin aramsız olaraq atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub, biri isə yaralanıb.
“Təmas xəttində yaratdığı gərgin vəziyyəti öz üzərindən yayındırmaq üçün düşmən qəsdən günahı Azərbaycanın üzərinə yıxmağa cəhd göstərir. Üstəlik, onsuz da bizim üçün son dərəcə üzücü olan əsgərlərimizin itkisini də şişirdilmiş formada təbliğ etməyə çalışır. Guya, ölənlərdən başqa, daha 6 nəfər ağır yaralı var. Bunlar tamamilə yalandır” – deyə nazirlik rəsmisi əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanın Müdafiə Nazirliyi və Hərbi Prokurorluğu birlikdə yaydıqları məlumatda hər şeyi olduğu kimi açıqlayıb: “Düşmənin seçimi məlumdur, bunu nəyə görə hesabladığı da sirr deyil. Ermənistanın KİV-də bu yalanların və uydurmaların geniş yer tapması məhz həmin ölkənin Müdafiə Nazirliyinin sifarişi ilə həyata keçirilir. Onlar əgər belə çürük toxumlarla nəyinsə cücərəcəyinə inanırlarsa, kökündən yanılırlar”.

Oxşar yazılar

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır
1 avqust 2025 , 18:41
Azərbaycanda xarici media orqanlarına dair yeni tələblər
1 avqust 2025 , 13:31
XİN TASS agentliyinə xəbərdarlıq etdi
1 avqust 2025 , 00:18
Əsirlikdə işgəncələr görmüş şəxslər ifadə verdilər - MƏHKƏMƏ
31 iyul 2025 , 21:36
Kəlbəcərdə yaralanan jurnalist Arayikgilin məhkəməsində İFADƏ VERDİ
31 iyul 2025 , 14:07
"Zəngəzur Dəhlizinin yaxın zamanda açılması ehtimalı yüksəkdir" - SƏFİR
31 iyul 2025 , 12:00
İsrailin yeni səfiri Bakıya Azərbaycanın milli geyimində gəldi
30 iyul 2025 , 10:12