Bakı və İrəvan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT ölkələrinə müraciət göndərdi
11 avqust 2025 19:22 (UTC +04:00)

Bakı və İrəvan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT ölkələrinə müraciət göndərdi

Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra, bu gün ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb.

Bu barədə Lent.az-a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230

Oxşar yazılar