Düşmən Gədəbəy və Şuşanı atəşə tutub
16 iyun 2023 09:17 (UTC +04:00)

Düşmən Gədəbəy və Şuşanı atəşə tutub

İyunun 16-sı saat 00:15-dən saat 00:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bundan başqa, saat 00:50-dən saat 04:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3767

Oxşar yazılar