Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində
23 may 2026 15:09 (UTC +04:00)

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində

0

Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşelərinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə (DSX) tanışlıq səfəri təşkil olunub. 

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən səfərdə 18 ölkənin hərbi attaşelik aparatlarının 26 nümayəndəsi iştirak edib.

Tədbir çərçivəsində qonaqlara DSX-nin fəaliyyəti barədə ümumi məlumat verildikdən sonra “Siyasi repressiya qurbanları” muzeyi ziyarət edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar