Xocavənd rayonu
17 mart 2021 11:57 (UTC +04:00)

Xocavənd rayonu

Jurnalistlər Xocavənd rayonunun Edilli və Düdükçü kəndlərində olublar

Martın 17-də işğaldan azad olunmuş ərazilərə media-tur çərçivəsində jurnalistlər Xocavənd rayonunun Edilli və Düdükçü kəndlərində olublar.

APA-nın məlumatına görə, onlar kəndlərin hazırkı vəziyyəti ilə tanış olub, ermənilərin törətdikləri saxtakarlıq və vandalizmlə şahidlik ediblər. 

Qeyd edək ki, Qarabağ silsiləsinin ətəyində yerləşən Edilli və Düdükçü kəndləri 1992-ci il oktyabrın 2-də işğal edilib, 2020-ci il oktyabrın 15-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. 

Xatırladaq ki, prezident İlham Əliyev martın 15-də  işğaldan azad olunmuş ərazilərə növbəti səfəri zamanı Edilli və Düdükçü kəndlərində də olub.

# 1485
avatar

Oxşar yazılar