Kəlbəcər və Tovuz atəşə tutuldu
25 oktyabr 2022 09:10 (UTC +04:00)

Kəlbəcər və Tovuz atəşə tutuldu

0

Ordumuzun mövqeləri atəşə tutulub.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, oktyabrın 24-ü saat 22:20-dən oktyabrın 25-i saat 1:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu, Zərkənd və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən ordumuzun Kəlbəcər rayonunun İstisu, Dəmirçidam, İstibulaq və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3294

Oxşar yazılar