Paşinyan Azərbaycanla  sülh sazişi imzalamağa   hazırdır
22 dekabr 2022 15:30 (UTC +04:00)

Paşinyan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır

0

İrəvan müvafiq şərtlərlə sənədi imzalamağa hazır olduğunu bildirərək, sülh sazişi ilə bağlı təklifləri Bakıya verib. 

Lent.az Ermənistan mediasına istinadla bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Baş nazirin sözlərinə görə, Ermənistan tərəfi Azərbaycana regional nəqliyyat əlaqəsinin açılması ilə bağlı təkliflər təqdim edib və “dərhal qərar qəbul etməyə hazırdır”. Eyni zamanda, Paşinyan Bakıdan müsbət cavab alacağına ümid edir.

O, həmçinin xatırladıb ki, Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyanın gələcək işi ilə bağlı artıq Azərbaycana təkliflər verib, lakin cavab almayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2033

Oxşar yazılar