"Qırmızı cizgi"nizi  ayaqlar altına atan biz deyilik, "qardaşınızdır"
11 avqust 2025 15:21 (UTC +04:00)

"Qırmızı cizgi"nizi ayaqlar altına atan biz deyilik, "qardaşınızdır"

Xəbər verdiyimiz kimi, iki gün əvvəl bütün dünyanın gözü Vaşinqtona - Ağ Evə dikilmişdi. 

Ağ Evdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar.

Lent.az xəbər verir ki, Vaşinqton görüşündə əldə olunan razılıqlar dünya üçün böyük siyasi əhəmiyyət daşıyır. 

Dünya iqtisadiyyatının ticarət marşrutlarından biri olacaq Zəngəzur dəhlizinin (Tramp yolu) ABŞ-nin idarəçiliyinə verilməsi Rusiyanı, xüsusilə də İranı ciddi narahat etməyə başlayıb. İran "vəfalı" dostu olan Ermənistandan bu addımı gözləmirdi. İranın Ali Lideri Əli Xameneinin müşavirlərindən Əli Əkbər Vilayəti dərhal açıqlama verərək "Trampın dəstəklədiyi dəhlizə icazə verməyəcəklərini bəyan etdi. Hiss olunur ki, dünənə qədər Zəngəzur dəhlizini "İranın qırmızı xətti" adlandıran mollalar erməni qardaşlarına çox qəzəblənib. Nədənsə "qırmızı cizgisi" ayaqlar altında qalan mollalar Ermənistanı yox, Azərbaycanı hədəf seçiblər. 

Sual olunur, İran niyə Azərbaycanı hədəf seçib?

Ağayi mollalar unutmasınlar ki, bu dəhlizi 99 il müddətinə ABŞ-a icarəyə verən Azərbaycan deyil, sizin dünənə qədər "qardaş" dediyiniz Ermənistandır.

Bəli, hər zaman dəstək olduğunuz, Azərbaycana qarşı vurşmağa silah verdiyiniz Ermənistan.

"Qırmızı cizginizi" ayaqlar altına atan da biz deyilik, Ermənistandır. Gedin məsələnizi Ermənistanla həll edin! 

Bizdən nə istəyirsiniz? 

Azərbaycan Zəngəzur dəhlizinin (Tramp yolu) açılmasında təbii ki, maraqlıdır. Bu yol bizi Naxçıvana qovuşduracaq. Bu yol dünya iqtisadiyyatının ticarət marşrutlarından biri olacaq.

Həmçinin, bu yol uzun illər blokadada qalan Ermənistanı işıqlı gələcəyə aparacaq.

Həmçinin, bu yol Ermənistan iqtisadiyyatını gücləndirəcək....

Seçim Ermənistanındır! 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar