Türkiyəli nazir müavini BMT-də Qarabağ Azərbaycan ərazisidir   dedi
22 sentyabr 2023 01:45 (UTC +04:00)

Türkiyəli nazir müavini BMT-də Qarabağ Azərbaycan ərazisidir dedi

Türkiyə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərlə Azərbaycan nümayəndə heyətinin görüşünü alqışlayır.

Lent.az xəbər verir ki, bu barədə BMT TŞ-nin Qarabağdakı vəziyyətlə bağlı iclasındakı çıxışında Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçapar bildirib.

“Mən prezidentimizin hər zaman çıxışlarında dediyi kimi Ermənistan öz vədlərini yerinə yetirməli, Zəngəzur dəhlizinin açılmasını təmin etməlidir. Burada olan hər kəsin bildiyi kimi Qarabağ Azərbaycan ərazisidir”, - deyə o bildirib.

Burak Akçapar bildirib ki, son üç ildə Ermənistan tərəfi üçtərəfli bəyantın icrasına əməl etməyib. Eyni zamanda Xankəndidə olan qeyri-qanuni nümayəndələr öz təcrübələrini tətbiq edib.

Həmçinin bu müddət ərzində Ermənistan Azərbayacana qarşı mina müharibəsini davam etdirib. Ancaq bu müddət ərzində Azərbaycan davamlı şəildə dialoqlara təşəbbüs göstərib. Ermənistan davamlı şəkildə, subsataniv olmayan yalan məlumatlar yayırdı. Bu şəkildə sülh və sabitliyə zərbə vurub. Üç il bütün bunlardan əziyyət çəkən Azərbaycanın antiterror əməliyyatlarına başlamaqdan başqa çıxış yolu yox idi. Bu Azərbaycanın suveren hüququdur", - deyə Türkiyənin Burak Akçapar bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2670
avatar

Oxşar yazılar