WUF13-ə  32 mindən çox iştirakçı qatılacaq
13 may 2026 12:30 (UTC +04:00)

WUF13-ə 32 mindən çox iştirakçı qatılacaq

0

"WUF13 tədbirin məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 10 hektarı nəqliyyat üçün nəzərdə tutulub".

Lent.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov deyib.

O bildirib ki, foruma, ümumilikdə, 32 mindən çox iştirakçının qatılması gözlənilir: "WUF13 üçün 180-dən çox ölkə qeydiyyatdan keçib. Jurnalistlərin sayı isə 1200-dən çoxdur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 352

Oxşar yazılar