Milli Məclisin bugünkü iclasında birinci qrup əlillərin ödənişli təhsildən azad edilməsi ilə bağlı məsələ qaldırılıb. Lent.az-ın məlumatına görə, bu təkliflə deputat Qənirə Paşayeva çıxış edib. O bildirib ki, 2013-cü ilin büdcəsində valideyn himayəsindən məhrum olan uşaqların ödənişli təhsildən azad edilməsi barədə əlavə edilib və bu məsələ büdcəni çox yükləməyib: “Ali təhsil almaq istəyən 1-ci qrup əlillər çox deyil. Ancaq dövlətin bu şəxslərə dəstək verməsi çox önəmlidir. O uşaqlar ödənişli ali məktəblərə qəbul edildikdə, bir illik müavinətlərini yığsalar da, o pulu ödəyə bilmirlər. Onlara dəstək vermək lazımdır ki, sınmasınlar, bütün normal insanlar kimi həyatlarını qazansınlar”.
Qənirə Paşayeva çıxışında universitetlərin yataqxana problemi, ipoteka fondunun azlığı və buraya ayrılan maliyyənin bir az da artırılması, həmçinin, səhiyyə sahəsi ilə bağlı da bir sıra təkliflər irəli sürüb. Deputat İpoteka Fonduna ayrılan vəsaitin 50-55 milyon manata qaldırılması və bunun əhaliyə çox böyük kömək olacağını qeyd edib.

1-ci qrup əlillər pulsuz təhsil alsın – TƏKLİF
Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59