“ATƏT-in müşahidəçi göndərməməsi bəzi ölkələrlə münasibətləri pisləşdirə bilər"
21 oktyabr 2015 15:51 (UTC +04:00)

“ATƏT-in müşahidəçi göndərməməsi bəzi ölkələrlə münasibətləri pisləşdirə bilər"

“ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bir sıra ölkələrlə münasibətləri pisləşə bilər. Buna səbəb qurumun Azərbaycana müşahidəçi göndərməkdən imtina etməsidir”.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov deyib.  

 

O bildirib ki, müvafiq qərar büronun bir sıra ölkələrlə münasibətlərinə ciddi təsir edəcək.

 

Qeyd edək ki, ATƏT DTİHB Azərbaycanda seçkiləri müşahidə etməyəcəyini bəyan edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 275

Oxşar yazılar