<b>ABŞ referendumun nəticələrini tanıyır</b>
28 sentyabr 2016 02:16 (UTC +04:00)

ABŞ referendumun nəticələrini tanıyır

0

ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və ölkə başçısının səlahiyyətlərinin müddətinə dair məsələyə müdaxilə etmək niyyətində deyil.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner deyib.    

 

“Biz, bu demokratik prosesin hansı nəticələr verib-verməyəcəyi ilə bağlı nəyisə diqtə edə bilmərik. İstisna odur ki,  pozuntular varsa - araşdırılmalı, qüsurlar varsa – tədqiq edilməli və aradan qaldırılmalıdır ... Biz  səlahiyyət müddətinin məhdudlaşdırılmasını diqtə edə bilmərik”, - deyə Torner brifinq zamanı Azərbaycanda keçirilmiş referendumda qəbul olunan normaların demokratik olub-olmamasına dair suala cavabında bildirib.  

 

“ABŞ demokratik institutların fəaliyyətinin yaxşılaşdırılması istiqamətində  bundan sonra da Azərbaycanla işləmək niyyətindədir”, - deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi əlavə edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar