“ATƏT-in seçkilərlə bağlı yekun hesabatını qəbul etmirəm və hesab edirəm ki, bu qurum casus şəbəkəsidir. Həm ATƏT-in Minsk qrupu, həm də Varşava bürosu ilə bağlı eyni fikirdəyəm. Bu hesabat Azərbaycan hökumətinə qarşı edilmiş şantajdır”.
Lent.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bugünkü sessiyasında çıxış edən deputat Zahid Oruc deyib.
Z. Oruc Azərbaycan dövlətini ATƏT-in Varşava bürosu ilə münasibətlərini kəsməyə çağırıb: “Hesab edirəm ki, bu qurumla münasibətlər ölkəmizə heç bir şey vermir”.
Deputat eyni zamanda Binə Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı da danışıb.
O bildirib ki, Binə Ticarət Mərkəzinin növbəti dəfə yanması hər şeydən əvvəl sahibkarlıq mühitinə zərbədir: “Bu qurumlarda açıq-aşkar hüquqsuzluq baş alıb gedir. Burada heç bir hüquqi münasibətlər yoxdur. Şərtlər gündəlik və ya həftəlik dəyişir. Mən İqtisadi İnkişaf Nazirliyinə müraciət edirəm ki, bu tipli ticarət mərkəzlərində monitorinq aparsın və bu barədə ölkə prezidentə məlumat versin”.

Azərbaycan ATƏT-in Varşava bürosu ilə münasibətlərini dayandırsın - TƏKLİF
Oxşar yazılar

İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Rəsmi Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55