Elmar Məmmədyarov Avropa Şurasının baş katibi ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində Avropa Şurasının Baş katibi Torbörn Yaqland ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanın 2014-cü ildə Avropa Şurasında sədrliyi ilə əlaqədar məsələlər və təşkilat ilə Azərbaycan arasında fəaliyyət planı müzakirə edilib.
Elmar Məmmədyarov Azərbaycanın təşkilat çərçivəsində fəaliyyəti və AŞ-da gələcək sədrliyi dövründə prioritetləri barədə qarşı tərəfə məlumat verib.