Cahangir Hacıyev “Bandotdel”də ifadə verib
19 oktyabr 2015 11:55 (UTC +04:00)

Cahangir Hacıyev “Bandotdel”də ifadə verib

 

 

Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin saxlanması barədə bəzi KİV-lərdə yayılan xəbərlər öz təsdiqini tapmır.

 

Lent.az-ın virtualaz.org-a istinadən xəbərinə görə görə, Cahangir Hacıyev DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (“Bandotdel”) çağırılıb və orada ifadə verib.

 

Beynəlxalq Bankın sabiq rəhbəri “kredit oliqarxları”nın işi ilə əlaqədar çağırılıb və sorğu-sualdan sonra dərhal da azad edilib.

 

Xatırladaq ki, C.Hacıyev oktyabrın 17-də vəzifəsindən azad edilən sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla qudadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441

Oxşar yazılar