“Azərbaycan bütün qurumlarla beynəlxalq əməkdaşlığı davam etdirir və bundan sonra da davam etdirəcək. Azərbaycan bir daha göstərdi ki, Azərbaycana heç bir qurum nəyisə təlqin edə bilməz”.
Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü sessiyasında çıxış edən deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, Vilnüs sammiti Azərbaycanın xarici siyasətində çox uğurlu bir addım idi: “Bu siyasət ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu xarici siyasətin davamıdır. Azərbaycan dövləti bu siyasətini bundan sonra da davam etdirəcək”.
S. Novruzov çıxışında eyni zamanda qiymət artımına da münasibət bildirib. O deyib ki, Azərbaycan dövləti vətəndaşlarını düşünür və qiymət artımı ilə bağlı atılan addımı da dərindən analiz edib: “Qiymət artımı ilə bağlı məsələni böyütmək lazım deyil. Cənab prezidentin mütəmadi olaraq əhalinin maaşlarının artırılması ilə bağlı verdiyi fərmanlar da dövlətin vətəndaşları düşündüyünü deməyə əsas verir.”
Qeyd edək ki, deputatlardan İqbal Ağazadə, Fazil Mustafa və Asim Mollazadə çıxışlarında benzinin qiymətinin artırılmasını tənqid ediblər.
Deputat Zahid Oruc isə çıxışında deyib ki, Tarif Şurası gecikmədən dərhal cəmiyyətə bu məsələ ilə bağlı açıqlama verməlidir: “Tarif Şurası dərhal cəmiyyətə bu qiymət artımının səbəbləri ilə bağlı açıqlama verməli və cəmiyyətə yarana biləcək narazılığın qarşısını almalıdır”.
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev isə çıxışında deyib ki, Aİ-95 benzininin qiymətinin artırılması doğrudur, lakin dizelin qiymətinin artırılması yanlış addımdır: “İmkanlı insanların bahalı benzin alması doğrudur. Ancaq dizelin qiymətinin artırılması kənd təsərrüfatında problemlər yaradacaq. Mən hökumətin bu addımını doğru hesab etmirəm”.

Deputatlar qiymət artımına etiraz etdilər
Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59