AXCP sədrinin sabiq müavini Asəf Quliyev yeni yaradacağı hərəkatın adını açıqlayıb.
A.Quliyev bu barədə Lent.az-a açıqlamasında bildirib ki, artıq hərəkatın adını müəyyənləşdirib. Hərəkat böyük ehtimalla “Xalq arzusu” adlanacaq. A.Quliyev bildirib ki, hərəkatın təsisçilərinin 80 faizi qədəri bu ada üstünlük verirlər, ancaq “Ağ yol”, “İşıqlı yol” kimi digər alternativ adlar da var.
Milli Şuranın da keçmiş üzvü olan siyasətçi bildirib ki, hərəkat yarandıqdan sonra fəaliyyətini Azərbaycan Demokrat Partiyasının ofisində həyata keçirəcək.
A.Quliyev bildirib ki, bu ayın sonu və ya dekabrın 1-ci həftəsində hərəkatın ilk konfransı keçiriləcək və orada sədr seçiləcək. Hərəkatda kimlərin təmsil olunacağı da həmin konfransda elan olunacaq.

Əli Kərimlinin keçmiş müavini “Xalq arzusu” hərəkatı yaradır
Oxşar yazılar

Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48
Qardaşlarımın cəsədlərinin ekspertizisiyası zamanı gördüklərim məni dəhşətə gətirdi - Seyfəddin
1 iyul 2025 , 09:11
İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59