Həmsədrlər cəbhədə keçiriləcək monitorinqdə iştirak edəcəklər
21 oktyabr 2015 16:48 (UTC +04:00)

Həmsədrlər cəbhədə keçiriləcək monitorinqdə iştirak edəcəklər

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçiriləcək monitorinqdə iştirak edəcəklər.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan ərazilərini işğal altında saxlayan separatçıDağlıq Qarabağ rejiminin "rəhbərinin mətbuat katibi" David Babayan bildirib.

 

Onun sözlərinə görə, həmsədrlər İqor Popov (Rusiya), Pyer Andryu (Fransa) və Ceyms Uorlik (ABŞ) oktyabrın 26-27-də Dağlıq Qarabağa səfər edəcəklər. D. Babayev monitorinqin qeyd olunan tarixlərdə baş tutacağını deyib.

 

Xatırladaq ki, həmsədrlərin regiona səfəri oktyabrın 26-da İrəvandan başlayacaq. Daha sonra onlar Dağlıq Qarabağa gedəcəklər. Ehtimal olunur ki, vasitəçilər Dağlıq Qarabağ cəbhəsində monitorinqdən sonra təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan qarşı tərəfinə keçəcəklər.

 
 
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218

Oxşar yazılar