Prezident İlham Əliyev Finlandiya prezidentini təbrik edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir: “Finlandiya Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim sülh və firavanlıq diləyirəm”.