İlham Əliyev Kolumbiyanın keçmiş prezidentini qəbul etdi - YENİLƏNİB
07 dekabr 2016 14:11 (UTC +04:00)

İlham Əliyev Kolumbiyanın keçmiş prezidentini qəbul etdi - YENİLƏNİB

0

Azərbaycan prezidenti İlham ƏliyevMərkəzçi Demokratlar İnternasionalının prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrananın başçılıq etdiyi, Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti Mario David və Mərkəzçi Demokratlar İnternasionalının Avrasiya, Asiya və Sakit okean regionu üzrə baş koordinatoru Sezar Rosellonun daxil olduğu nümayəndə heyətini qəbul edib.

 

APA-nın məlumatına görə, prezident İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının prezidenti Andres Pastrananın Azərbaycana səfərinin səmərəli və maraqlı keçəcəyinə, bu səfərin əməkdaşlığa öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

 

A. Pastrana qurumun həyata keçirdiyi işlər barədə məlumat verib.

 

Görüşdə Mərkəzçi Demokratlar İnternasionalı ilə Azərbaycan, xüsusilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

 

***

 

10:56

 

Prezident İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının (MDİ) prezidenti, Kolumbiyanın sabiq prezidenti Andres Pastrananın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Lent.az-ın məlumatına görə, bu barədə AzərTAc məlumat yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar