Azərbaycan Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə birgə işçi naharı olub.
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, Prezident İlham Əliyev və Baş nazir Benyamin Netanyahu 1997-ci ilin avqustunda Bakıya səfəri zamanı Baş nazir Benyamin Netanyahunun ulu öndər Heydər Əliyev ilə görüşdüyü Şəfəq iqamətgahına gediblər.
Prezident İlham Əliyev və Baş nazir Benyamin Netanyahu burada xatirə şəkli çəkdirdilər.