İsa Qəmbərin müşaviri Müsavatdan istefa verdi
20 dekabr 2013 12:52 (UTC +04:00)

İsa Qəmbərin müşaviri Müsavatdan istefa verdi

Müsavat başqanı İsa Qəmbərin beynəlxalq əlaqələrlə bağlı müşaviri Yeganə Hacıyeva partiyadan istefa verib.

 

Bu barədə Lent.az-a Y.Hacıyeva özü açıqlama verib.

 

O bildirib ki, son siyasi hadisələri analiz edib və bir məqamda obyektivliyi partiya maraqları naminə görməmək seçimi ilə üzləşib. Bundan sonra isə qərara gəlib ki, Azərbaycan cəmiyyətinin maraqları partiya maraqlarından daha üstün və faydalıdır: “Bu maraqlar, hadisələrə düzgün qiymət vermək imkanından başlamış, ona doğru istiqamət verməyə, onu yalnız birliyin gücü ilə pozitivə çevirməyə qədər geniş bir sistemli fəaliyyətdir. Amma çox təəssüf ki, bunu uzun illər qarşılıqlı fayda gördüyüm təşkilatda həyata keçirə bilmirəm və bu gündən müstəqil olduğumu bəyan edirəm”.

 

Y.Hacıyeva deyib ki, istefası ilə bağlı heç bir ittihama cavab vermək niyyətində deyil: “Cəmiyyət üçün daha faydalı qərarların yanında olmağım və icrasında iştirakım hər şeyə aydınlıq gətirəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1248

Oxşar yazılar