Müsavat Partiyası bu gün Klassik Xalq Cəbhəsi Partiyasının rəhbərliyi ilə ikitərəfli müttəfiqlik və Milli Şuradakı fəaliyyətləri ilə bağlı görüş keçirəcək.
Partiyadan Lent.az-a verilən məlumata görə, KXCP-nin qərargahında keçiriləcək görüş saat 13:00-da baş tutacaq.
Görüşdə müxalifətdaxili vəziyyət və birgə əməkdaşlıqla bağlı perspektivlər müzakirə olunacaq.
Eyni zamanda müzakirələrin nəticəsinə əsasən, iki partiya arasında müttəfiqliyin forması müəyyən ediləcək.
Qeyd edək ki, bu məsələ ilə bağlı ilk görüş dünən AXCP rəhbərliyi ilə keçiriləcək. Müsavat Partiyası növbəti həftə də Milli Şurada təmsil olunan digər qurumlarla görüşlər keçirib, müzakirə aparacaq.