Zakir Həsənov Türkiyə səfiri ilə görüşüb
04 dekabr 2014 13:36 (UTC +04:00)

Zakir Həsənov Türkiyə səfiri ilə görüşüb

0

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunu qəbul edib. Lent.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi məsələləri müzakirə olunub.


Müdafiə naziri hər iki ölkənin Silahlı Qüvvələri nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili, birgə təlimlərin keçirilməsinin vacibliyini qeyd edərək hərbi, hərbi texniki, hərbi təhsil sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini və bu fəaliyyətlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini bildirib. Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
 

Qeyd edək ki, görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşesi, briqada generalı Hasan Nevzat Taşdeler də iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar