Qənirə Paşayeva Malayziyanın Azərbaycandakı səfiri ilə görüşüb
17 dekabr 2016 18:01 (UTC +04:00)

Qənirə Paşayeva Malayziyanın Azərbaycandakı səfiri ilə görüşüb

0

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Malayziyanın  Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Abdul Rahmanilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə səfir Azərbaycanla əlaqələrin və əməkdaşlığın daha da inkişafına böyük önəm verdiklərini deyib. O, Azərbaycan xalqının mədəniyyətini çox sevdiyini, hər iki ölkə arasında parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinə də böyük önəm verdiklərini də qeyd edib.

 

“Malayziyanın bütün beynəlxalq platformalarda ərazi bütövlüyü, Qarabağ problemi, Xocalı soyqırımı məsələlərində Azərbaycanı dəstəkləməsini bütün Azərbaycan xalqının yüksək qiymətləndirdiyini” deyən Q. Paşayeva bildirib ki, dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməlidir.

 

Qarabağ həqiqətlərinin  Malayziyada daha da geniş yayılması istiqamətində işlərin daha da artacağına inandığını deyən millət vəkili Malayziyanın bu məsələlərdə bundan sonra da hər zaman Azərbaycana böyük dəstək verəcəyinə inandığını bildirib.

 

Görüş zamanı bir sıra layihələr ətrafında geniş fikir mübadiləsi də aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 449

Oxşar yazılar