Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Rizə valisi Ersin Yazıçı ilə görüşüb. Lent.az xəbər verir ki, Q.Paşayeva Rizə valisi ilə görüşdə qardaş Türkiyədə terror aksiyaları və terrorla mübarizədə şəhid olmuş insanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyir, terroru və arxasında duranları lənətləyirik deyib. Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayan millət vəkili Q.Paşayeva o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara layiq olduqları cavabı verəcəyik, qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək deyib və terrorla mübarizədə Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu deyib. Azərbaycanın sevinci sevincimiz, üzüntünüz üzüntümüzdür deyən vali Ersin Yazıçı Azərbaycanlı şəhidlərimizə Allahdan rəhmət diləyirik və Azərbaycan torpaqlarının işğaldan azad edilməsində hər zaman qardaş Azərbaycanın yanındayıq deyib. Millət vəkili Qənirə Paşayeva vali ilə söhbət zamanı Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlar verib. “Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və bu cür görüşləri o gözəl torpaqımızda da keçirəcəyik”, – deyə o bildirib. Millət vəkili Rize valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib. İki qardaş ölkə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib. Bu baxımdan millət vəkili Azərbaycan bölgələri ilə Rize vilayəti arasında əlaqələrinin güclənməsinin də çox mühüm olduğunu dilə gətirib. Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissəsələrində qədim Rizenin də yer alacağını bildirib. “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının gənclərdə sahib çıxmaq duyğusunu formalaşdırmaq niyyəti daşıdığını söyləyən millət vəkili “Gənclər bizim olanı tanımalı ona sahiblənməyi bacarmalıdırlar. Bu sahiblənmə “mənim”, “sənin” yox, “bizim” şəklində olmalıdır”. Millət vəkili Qənirə Paşayeva Rize valisini ölkəmizə dəvət edib. Millət vəkili Q.Paşayeva görüşdə Rizedə təhsil alan azərbaycanlı tələbələr barədə də valiyə məlumat verərək onların ortaya çıxan qayğı və problemlərinin həlli istiqamətində dəstək göstərilməsini xahiş edib. Onlar sizə əmanətdir deyən millət vəkilinə Rize valisi hər məsələdə tələbələrin ona müraciət edə biləcəyini və hər zaman əlindən gələn dəstəyi göstərməyə hazır olduğunu bildirib. Vali Ersin Yazıçı millət vəkili Q.Paşayevanın Rizedə verdiyi konfransın çox önəmli olduğunu vurğulayaraq Rizedə bu cür konfransların çoxalmasının əhəmiyyətini xüsusi vurğulayıb. Millət vəkili Q.Paşayeva Rizedə yeni konfrans təklifini qəbul etdiyini və yaxın zamanlarda təkrar gələcəyini söyləyib.
SİYASƏT
- Ana səhifə
- SİYASƏT
Qənirə Paşayeva Rizə valisi ilə görüşüb
- Müstəqilliyin 35 ilinin 34 ilini müharibə şəraitində keçirdik - Hikmət Hacıyev
- Ərdoğan Ceyhun Bayramovla görüşdü
- Nəsimi Musayev Köçəryanla qonşu kamerada saxlanılır
Oxşar yazılar
XƏBƏR LENTİ
17:147 uşaq atası söyüşə görə CƏRİMƏLƏNDİ
17:05Lənkəranda bir ailənin 9 üzvü aşdan zəhərləndi - YENİLƏNİB
17:04Kütləvi zəhərlənmə olan restoranda YOXLAMA: kabablardan nələr çıxdı?
17:00YAP-ın internet qəzetinə HAKER HÜCUMU: xəbərlər silindi
16:59Ağciyər Xəstəlikləri İnstitutunun korpusu bağlandı
16:50Küçəyə dollar səpələndi, polis araşdırmaya başladı - VİDEO
16:36Vərəm xəstələrinə hər səhər görüntülü zəng edirlər - "İnternet çatdıra bilmirik"
16:32Küləklə bağlı XƏBƏRDARLIQ
16:31İlham Əliyev Dublində Maya Sandu ilə görüşdü
16:21Qubada qəbiristanlıqdan meyit tapıldı
16:11Sağlamlıq mərkəzinin rəhbərini öldürüb göl kənarına atanların məhkəməsi BAŞLADI
16:07"Qızıl diş" taxıb filmdən qaçan Aslan Fətullayev kimdir?
16:04Bu marşut avtobusları yenilənir
16:02"Azercell" Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib
15:59İlham Əliyev Zirvə Toplantısında iştirak edir - VİDEO -YENİLƏNİB
15:52Mərcdə udduğumuz pulu məhkəməylə ala bilərik? - CAVAB
15:44Biz ilanmələyən çölləri cənnətə çevirən adamlarıq…
15:38“Ən bahalı əl işimi 12 min manata satmışam” – Təhminə Seyidzadə ilə MÜSAHİBƏ
15:30Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA
15:23Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
15:18ABB DigiLife onlayn jurnalını təqdim etdi!
15:14Əli Əhmədovu Teymur Musayev əvəzlədi
15:09İnsan sevdiyi şəxsdən niyə birdən-birə soyuyur?
15:08İlham Əliyev Zelenski ilə görüşdü - VİDEO - YENİLƏNİB
14:54Bakıda qardaşını maşınla vuran saxlanıldı - VİDEO
14:50Generalın qızı Türkər Əliyeva hakim qarşısına çıxarıldı: Dələduzluq, vəzifə saxtakarlığı və təhrik etmə - YENİLƏNİB
14:49Sürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
14:48“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
14:21Əsrlərdir axtarılan əşya təsadüfən tapıldı
14:15Azərbaycan Avropanın iqtisadi təhlükəsizliyini gücləndirir - İrlandiya Baş naziri
14:07Hakimi təhqir edən baş məşqçi və futbolçu cərimələndi - FOTOLAR
14:06Bakıda ev almaq üçün ən sərfəli 5 ƏRAZİ
14:00Jurnalistlər dünya liderlərini gözləyir - VİDEO
13:52Sumqayıtda halı pisləşən gənc qız yolda öldü
13:37Eni 92 santimetr olan ev - İçərisində mətbəx və yataq otağı da var
13:23Bakıda avtomobilin nömrəsini oğurlayıb, sahibindən pul istəyənlər TUTULDU
13:13Avropa niyə üzünü Bakıya çevirir? – Azərbaycanın dəyişən geosiyasi rolu
13:08Kəlbəcərdə ayılar arı təsərrüfatına hücum etdi - VİDEO
13:01“Qalatasaray”ın ulduzundan sevgi sürprizi
12:42Atasının ölümünə səbəb olan sürücü həbsdən buraxıldı
12:33Almaniyada vəfat edən Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək
12:27Şəkidə qədim ağacları kəsənlər tutuldu - ƏMƏLİYYAT VİDEOSU
12:26Naxçıvanda kişi parkda donub öldü
12:17Sabah yaz havası olacaq
12:08Pensiyalar bu tarixdə veriləcək
12:05Abşeronda 15 minlik oğurluq edən dəstə ələ keçirildi
11:50Bakıda sexdə mənşəyi bilinməyən toyuq ətləri aşkarlandı - FOTO
11:36Məşhurlar səhərlər nə içirlər? – Limonlu su, göbələkli qəhvə və...
11:33Azərbaycan kinosuna 9 milyon manat ayrılır
11:21Generalın saxlanılan qızından şikayət edən də general imiş - YENİLƏNİB
11:15Gəncədə FACİƏ: iki kirayəçi dəm qazından boğulub öldü
11:09Bu ölkədə uçan avtomobillər üçün yol hərəkəti qaydaları hazırlanır
10:54Bu instituta yeni direktor təyin olundu
10:51Bakıda maşın körpüdən aşdı - VİDEO - YENİLƏNİB
10:45Ermənistan Konstitusiyanı dəyişir, tarix açıqlandı
10:44Pomidoru soyuducuda saxlamayın - SƏBƏBİ
10:29Bakıda körpüdən aşan maşınlar - Günah sürücüdədir, yoxsa yollarda?
10:14Azərbaycandan aparılan məhsullar müsadirə edildi – 164 qanun pozuntusu
10:06Bakıda sərnişinlər avtobusu apardı, maşını suya düşməsin deyə qarşı yola keçdi – VİDEO
10:01Goranboyda 35 yaşlı kişi GÜLLƏLƏNDİ