Tanınmış azərbaycanlılardan İlham Əliyevə ad günü təbriki
24 dekabr 2016 13:35 (UTC +04:00)

Tanınmış azərbaycanlılardan İlham Əliyevə ad günü təbriki

0

Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ-nin, Azərbaycanın və Rusiyanın Xalq Rəssamı Tahir Salahov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 55 illik yubileyi münasibətilə təbrik ünvanlayıb.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, təbrikdə belə deyilir:

 

“Möhtərəm Prezident, əziz İlham Heydər oğlu.

Sizi – Azərbaycan xalqının hamı tərəfindən qəbul edilmiş liderini, görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əlirza oğlu Əliyevin ideyalarının layiqli və ardıcıl davamçısını səmimi qəlbdən təbrik edirəm.

Sizin parlaq zəkanız, siyasi istedadınız, strateji təfəkkürünüz, insanlara qayğınız, ənənələrin qorunub saxlanılmasına, elm, mədəniyyət və incəsənətin inkişafına diqqətli və həssas münasibətiniz suveren Azərbaycanı yeni tarixi səviyyəyə yüksəldib.

Ən xoş arzularımı qəbul edin. Sizə və bütün istedadlı ailənizə möhkəm cansağlığı, uzun ömür, firavanlıq və səadət diləyirəm.

Mənə və yaradıcılığıma şəxsi münasibətinizə, xalqımızın mənəvi mədəniyyətinə misilsiz töhfələrinizə görə Sizə bir daha minnətdarlığımı bildirirəm”.

 

Həmçinin, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Rusiya Notariuslar Assosiasiyasının sədri professor Natiq Ağamirov da dövlət başçısını ad günü münasibətilə təbrik edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 287

Oxşar yazılar