Tapdıq Abbas parlament seçkilərində iştirakını dayandırıb
17 oktyabr 2015 23:51 (UTC +04:00)

Tapdıq Abbas parlament seçkilərində iştirakını dayandırıb

81 saylı Beyləqan dairəsindən deputatlığa namizəd, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas parlament seçkilərində iştirakdan imtina edib.

 

Modern.az saytının məlumatına görə, deputatlığa namizədliyini geri götürən T.Abbas bunu 81 saylı Beyləqan seçki dairəsində yaranmış süni gərginliyin getdikcə artması, seçilərin dairədə seçkinin nəticəsini indidən şübhə altına alması və seçkiyə inamsızlığı ilə izah edib.

 

“Qeyd edim ki, bu qərarı təkbaşına deyil, seçicilərimin ziyalı kəsimi və yaxın dostlarımla geniş müzakirənin nəticəsi olaraq qəbul etmişəm”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 325

Oxşar yazılar