Türkiyənin Zəfər bayramı Bakıda qeyd olundu
01 sentyabr 2016 20:30 (UTC +04:00)

Türkiyənin Zəfər bayramı Bakıda qeyd olundu

0

Türkiyənin Azərbaycandakı səfirliyində Türkiyənin 30 avqust Zəfər bayramı münasibəti ilə qəbul təşkil olunub.  

 

APA-nın məlumatına görə, tədbirdə Azərbaycanın ictimai-siyasi xadimləri, millət vəkilləri, media nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpusların nümayəndələri iştirak edib.

 

Əvvəlcə Türkiyənin opera sənətçisi Oya Ergünün ifasında hər iki ölkənin dövlət himni səsləndirilib. Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Meral Barlas Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər bayramı münasibəti ilə Türkiyə xalqına mesajını oxuyub.

 

Tədbir bayramla əlaqədar təşkil olunmuş şam yeməyi ilə davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 452

Oxşar yazılar