Ümid Partiyası ilin yekunlarına dair müşavirə keçirib
24 dekabr 2016 16:09 (UTC +04:00)

Ümid Partiyası ilin yekunlarına dair müşavirə keçirib

0

Dekabrın 24-də Ümid Partiyasının Mərkəzi Qərargahında rayon təşkilatlarının sədrlərinin iştirakı ilə cari ilin yekunları ilə bağlı genişləndirilmiş müşavirə keçirilib.

Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müşavirədə Ümid Partiyasının sədri İqbal Ağazadə ölkədə və regiondakı ictimai-siyasi vəziyyət, kəskin qiymət artımlarının səbəbləri və mövcud vəziyyətdən çıxış yolları, habelə 2016-cı ilin yekunları ilə bağlı məruzə ilə çıxış edib.

Müşavirə çərçivəsində qarşıda duran vəzifələr və görüləcək işlər müzakirə olunub.

Partiya sədri görüləcək işlərlə bağlı rayon təşkilat sədrlərinə tapşırıq və tövsiyələr verib.

Müşavirədən  sonra Ümid Partiyası Ali Məclisi növbəti sessiyasını keçirib  və partiya sədrinin son sərəncamları təsdiq olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 431

Oxşar yazılar