Zakir Həsənovun vəzifəsini kim icra edir?
23 oktyabr 2013 11:01 (UTC +04:00)

Zakir Həsənovun vəzifəsini kim icra edir?

0

Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla müdafiə naziri təyin edilən Daxili Qoşunların keçmiş komandanı Zakir Həsənovun vəzifəsini kimin icra edəcəyi məlum olub.

 

Bu barədə Lent.az-a Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Z.Həsənovun vəzifəsini Daxili Qoşunların qərargah rəisi, general-mayor Şirin Xəlilov icra edəcək.

 

Məlumatda bildirilir ki, hələlik DQ-nin komandanının yerinə heç bir təyinat yoxdur. Yeni təyinata DQ komandanın vəzifəsi müvəqqəti icra ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4117

Oxşar yazılar