Doktoranturaya qəbul üçün hansı sənədlər tələb olunur?
AMEA-nın I vitse-prezidenti Arif Həşimovun APA-ya verdiyi məlumata görə, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan, ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim mütəxəssis olan Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.
Doktoranturaya qəbul üçün doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və ya təşkilatın rəhbərinin adına ərizə, kadrların şəxsi qeydiyyat vərəqi, tərcümeyi-hal, iş yerindən xasiyyətnamə, 3 ədəd fotoşəkil, iş stajı olanlar üçün əmək kitabçasından çıxarış, çap olunmuş elmi əsərlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə) və şəxsiyyəti təsdiq edən sənədin surəti lazımdır.
Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər.
Doktoranturaya sənədlər sentyabrın 1-dən 30-dək qəbul ediləcək. Qəbul imtahanları oktyabr ayında keçiriləcək.
Doktoranturaya qəbul imtahanlarına buraxılmış şəxslərə Əmək Məcəlləsinə uyğun olaraq iş yerindən 30 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. İstehsalatdan ayrılmaqla təhsil alan bütün doktorantlar təqaüdlə, AMEA-nın elmi müəssisələrinə qəbul olunanlar yataqxana ilə təmin olunurlar.

Oxşar yazılar

Bu BÜRCLƏR ölümcül səhv etmək riski altındadır: vacib məsləhətlər
21 iyul 2025 , 00:02
5 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
20 iyul 2025 , 22:53
Ceff Bezos otel işçilərinə 52 min dollar “çayavoy” verdi
20 iyul 2025 , 16:38
III Şuşa Qlobal Media Forumu çərçivəsində ilk panel -YENİLƏNİB
20 iyul 2025 , 11:51
Bu BÜRCLƏRDƏN borc almağa dəyər: Dostlarına borcları bağışlayırlar
20 iyul 2025 , 10:10
Pul, karyera, sevgi: Yayın ortası 3 BÜRCƏ uğur gətirəcək
19 iyul 2025 , 18:35
Bu marşrut xəttinə yeni avtobuslar verildi
19 iyul 2025 , 18:06