Doktoranturaya qəbul elanı ona görə verilmir ki...
AMEA prezidenti Mahmud Kərimov APA-ya açıqlamasında deyib ki, elmlər doktoru proqramı üzrə doktoranturaya qəbulun əsasnaməsi hələ hazır deyil: “Bu əsasnamə layihəsini biz hazırlamışıq. Amma elmlər doktoru proqramı üzrə doktorantların təqaüdlərinin həcmi hələ ki, tam razılaşdırılmayıb. Kimsə elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul olunmaq istəyirsə, institutların Elmi Şurasına müraciət edə bilər. Orada onun mövzusu təsdiq oluna və o, doktorant ola bilər. Bu il elmlər doktoru proqramı üzrə imtahan olmayacaq. Amma elmlər doktoru olmaq istəyən doktorantlar üçün müəyyən tələblər olmalıdır. Onların elmi işinin müəyyən hissəsi hazır olmalı, mətbuat və elmi jurnallarda çap edilməli, elmi rəylər olmalıdır. Amma doktorantların təqaüdləri ilə bağlı hələ ki, vahid fikir yoxdur”.
M. Kərimov deyib ki, AMEA bu ilin əvvəlində elmlər doktoru proqramı üzrə doktoranturada təhsil alanların təqaüdünün məbləği ilə bağlı Nazirlər Kabinetinə müraciət edib və bu məbləğin 300 manat olmasını təklif edib: “Hələ ki, bu təklif qəbul olunmayıb. Ona görə də tövsiyə olundu ki, elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul elan olunmasın. Keçmişdə olan qayda əsasında kim doktorant olmaq istəyirsə, Elmi Şuralara müraciət eləyəcək və müvafiq qaydada doktorant kimi təsdiq olunacaq. Gələcəkdə təqaüd məsələsi razılaşdırılsa və elmlər doktoru proqramı üzrə doktoranturaya qəbulun əsasnaməsi Nazirlər Kabineti tərəfindən təsdiq olunsa, qəbul imtahanı keçirilə bilər”.

Oxşar yazılar

Sabah çimərliklərdə 28 dərəcə isti olacaq
21 iyul 2025 , 14:37
Bu həftə dəhşətli maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
21 iyul 2025 , 14:08
Bu insanlara yemiş yemək qadağandır
21 iyul 2025 , 13:38
Sabah 41 dərəcə isti olacaq - hava PROQNOZU
21 iyul 2025 , 12:30
SOS: Azərbaycanda uşaqlar arasında təhlükəli virus yayılır - HƏKİMDƏN AÇIQLAMA
21 iyul 2025 , 11:40
Pensiyaçılara ŞAD XƏBƏR: Pullar bu tarixdə ödəniləcək
21 iyul 2025 , 10:57
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
21 iyul 2025 , 08:22