“İRƏLİ” nümayəndələri macar nazirlə görüşüb - FOTO
Sentyabrın 3–dən 7-dək Polşanın Novı-Sonç şəhərində “Gənc Liderlərin 7-ci İqtisadi Forumu” keçirilir. “İrəli” İctimai Birliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirin təşkilatçısı Polşanın Milli Agentliyi, Təhsil Sisteminin İnkişaf Fondu və “Gənclər Fəaliyyətdə” beynəlxalq proqramıdır.
Sentyabr 4-də Gənc Liderlərin İqtisadi Forumunda Azərbaycanı təmsil edən "İrəli" İctimai Birliyinin baş katibi Nərmin Məmmədova və "İrəli" İdman Mərkəzinin rəhbəri Niyaz Əliyev forumda qonaq qismində iştirak edən Macarıstanın baş nazirinin müavini, administrasiya və ədalət naziri Tibor Navracsics ilə görüşüblər. Söhbət əsnasında Ramil Səfərovun Azərbaycana qaytarılması məsələsinə toxunan təmsilçilərimiz nazirə və onun simasında bütün Macarıstan dövlətinə Azərbaycan gəncləri adından təşəkkür ediblər.
T. Navracsics öz növbəsində Azərbaycan və Macarıstan arasında olan dostluq münasibətlərini yüksək qiymətləndirib və gənclərin bu məsələlərə olan marağını alqışlayıb.

Oxşar yazılar

Sabah çimərliklərdə 28 dərəcə isti olacaq
21 iyul 2025 , 14:37
Bu həftə dəhşətli maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
21 iyul 2025 , 14:08
Bu insanlara yemiş yemək qadağandır
21 iyul 2025 , 13:38
Sabah 41 dərəcə isti olacaq - hava PROQNOZU
21 iyul 2025 , 12:30
SOS: Azərbaycanda uşaqlar arasında təhlükəli virus yayılır - HƏKİMDƏN AÇIQLAMA
21 iyul 2025 , 11:40
Pensiyaçılara ŞAD XƏBƏR: Pullar bu tarixdə ödəniləcək
21 iyul 2025 , 10:57
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
21 iyul 2025 , 08:22