Yaponlar Azərbaycan seysmologiyasının inkişafını qiymətləndirdi
Yaponiyanın OYO Seysmik Sənaye Korporasiyasının prezidenti Toru Kajivaranın rəhbərlik etdiyi nümüyəndə heyəti Bakıya səfəri çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Bakı stansiyasında olub.
AMEA RSXM-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, RSXM-in baş direktoru, geologiya-minerologiya elmlər doktoru Qurban Yetirmişli yaponiyalı seysmoloqlara stansiyanın işi barəsində ətraflı məlumat verib.
Mərkəzin hazırda Azərbaycan ərazisində fəaliyyət göstərən 31 telemetrik peyk rabitəsi ilə işləyən stansiyalarından gələn siqnallar Bakı stansiyasında toplanılır və emal edilir. Stansiyanın işi ilə yaxından tanış olan Toru Kajivara AMEA RSXM-də aparılan işləri yüksək qiymətləndirib və Azərbaycanda həqiqətən də seysmoloji tədqiqatların çox yüksək səviyyədə aparıldığını bildirib. O, Azərbaycanda seysmologiyaya dair tədqiqatların ən müasir avadanlıqlarla aparılmasını müsbət hadisə adlandırıb. Onun sözlərinə görə, bu sahədə Azərbaycan seysmoloqları nəinki MDB məkanındakı ölkələr, dünyanın əksər ölkələrindən də öndədirlər. Yaponiya seysmoloqlarında Azərbaycanda aparılan işlərin maraq doğurduğunu söyləyən Toru Kajivara ikitəfli əməkdaşlığı inkişafının hər iki ölkə üçün səmərəli olacağına əminliyini ifadə edib.

Oxşar yazılar

Sabah çimərliklərdə 28 dərəcə isti olacaq
21 iyul 2025 , 14:37
Bu həftə dəhşətli maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
21 iyul 2025 , 14:08
Bu insanlara yemiş yemək qadağandır
21 iyul 2025 , 13:38
Sabah 41 dərəcə isti olacaq - hava PROQNOZU
21 iyul 2025 , 12:30
SOS: Azərbaycanda uşaqlar arasında təhlükəli virus yayılır - HƏKİMDƏN AÇIQLAMA
21 iyul 2025 , 11:40
Pensiyaçılara ŞAD XƏBƏR: Pullar bu tarixdə ödəniləcək
21 iyul 2025 , 10:57
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
21 iyul 2025 , 08:22