
Bakıda iki məktəb birləşdirilə bilər
Paytaxtda iki məktəbin yeri dəyişdiriləcək. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Məhəmməd Bayramov deyib. Müdir müavinin sözlərinə görə, söhbət Bakının Xətai rayonundakı 287 saylı “Zəkalar” liseyi ilə 88 saylı orta məktəbdən gedir: “Problem 287 saylı “Zəkalar” liseyindəki şagirdlərin sayının çoxluğu ilə əlaqədardır. Bu məktəb üçün yeni binanın inşası ilə əlaqədar olaraq BŞTİ İqtisadi İnkişaf Nazirliyi (İİN) qarşısında məsələ qaldıranda təhlil aparılıb. Aydın oldu ki, həmin ərazidə 8 məktəb fəaliyyət göstərir. Bu məktəblərin ümumi şagird tutumu şagirdlərin sayından xeyli artıqdır. Yəni iqtisadi cəhətdən burada yeni tikinti aparmaq səmərəsizdir. Çünki həmin ərazidə şagirdlərin sayı şagird tutumundan 2000 nəfər azdır. Bu səbəbdən İİN baş nazirə belə bir məktubla müraciət etdi ki, həmin binaların imkanlarından rasional istifadə etmək lazımdır. Yəni şagirdi çox olan məktəbi böyük binaya, şagirdi az olanı isə kiçik binaya köçürmək lazımdır. İİN belə bir təkliflə çıxış etdi, biz də ona uyğun addımlar atırıq. Hazırda 88 saylı məktəbdə 360 şagird var, məktəbin tutumu isə 1176 nəfərdir. “Zəkalar” liseyində isə 360 yerlik binada 1150 şagird təhsil alır”.
M. Bayramov onu da vurğulayıb ki, bu iki məktəbin problemini həll edilməsi üçün başa bir variant da var: ”287 saylı məktəb 88 saylı məktəbə köçə və bu iki məktəb birləşdirilə bilər. Həmin məktəbin statusunu dəyişərək məktəb-lisey yaratmaq da olar. Hazırda bu məktəblərdə təmir işləri gedir. Ona görə də son qərar bir neçə gündən sonra veriləcək”.
Anar Məcidzadə
M. Bayramov onu da vurğulayıb ki, bu iki məktəbin problemini həll edilməsi üçün başa bir variant da var: ”287 saylı məktəb 88 saylı məktəbə köçə və bu iki məktəb birləşdirilə bilər. Həmin məktəbin statusunu dəyişərək məktəb-lisey yaratmaq da olar. Hazırda bu məktəblərdə təmir işləri gedir. Ona görə də son qərar bir neçə gündən sonra veriləcək”.
Anar Məcidzadə
Oxşar yazılar

84 il sonra ilk dəfə: Bir BÜRC taleyini dəyişmək üçün nadir şans əldə edəcək
22 iyul 2025 , 00:02
Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin
21 iyul 2025 , 19:46
Xoş XƏBƏR: Sabah əsəcək külək istinin təsirini azaldacaq
21 iyul 2025 , 19:07
İyulun 21-də yeni həyata başlayacaq BÜRCLƏR: Keçmişlə vidalaşacaqsınız
21 iyul 2025 , 18:39
Müəllimlərin işə qəbulunun NƏTİCƏLƏRİ
21 iyul 2025 , 18:09
Vanqa və "yaşayan Nostradamus"dan 2025-ci il üçün eyni sensasiyalı PROQNOZ
21 iyul 2025 , 17:12
Bakıda bu avtobus zolaqlarında sərnişin düşürməyə icazə verildi
21 iyul 2025 , 15:58