Viktor Şulmanın vəfatı ilə bağlı nekroloq yayıldı – FOTO
Lent.az-ın məlumatına görə, Mətbuat Şurası bununla bağlı nekroloq yayıb. Sənəddə bildirilir ki, məşhur jurnalist, Rusiyanın İTAR-TASS İnformasiya Agentliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Viktor Şulman uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Viktor Şulman 1947-ci ildə Bakıda anadan olub. Hələ tələbəlik illərindən dövrü mətbuatda müxtəlif janrlı məqalələri dərc edilən Viktor Şulman ixtisasca tarixçi olsa da, taleyini jurnalistikaya bağlayıb. Bir müddət Şirvan şəhərində (keçmiş Əli Bayramlı) rus dilində çıxan “Mayak” qəzetində işləyib. Sonra Azərbaycan Dövlət Teleqraf Agentliyinə (keçmiş “Azərinform”) dəvət olunub. 1993-cü ilə kimi orada çalışıb. Viktor Şulmanın energetiklər şəhərindən və eləcə də Muğan, Mil bölgələrindən hazırladığı informasiyalar ölkə ictimaiyyətinin yerli həyat barədə məlumat dairəsinin genişlənməsində əhəmiyyətli rol oynayıb. Bir sıra yaradıcılıq müsabiqələrində layiq görüldüyü diplomlar və mükafatlar onun jurnalist kimi səmərəli fəaliyyətinə verilən qiymətin təzahürləri olub.
Viktor Şulman 1993-cü ildə İTAR-TASS İnformasiya Agentliyinə dəvət edilib. Əvvəl müxbir işləyib, sonra yüksək peşəkarlığı nəzərə alınaraq bu agentliyin Azərbaycan nümayəndəliyinin rəhbəri təyin olunub. Jurnalisti səciyyələndirən başlıca keyfiyyətlər sırasında istedadı ilə bərabər vətənpərvərliyi, Azərbaycan sevgisi olub. Həyatını çox vaxt təhlükəyə ataraq odlu-alovlu bölgələrə üz tutması, Qarabağ hadisələrini, döyüş əməliyyatlarını yerində işıqlandırması onun bu keyfiyyətlərindən irəli gəlib. Viktor Şulman o zaman belə iş metoduna önəm verən azsaylı Azərbaycan jurnalistlərindən biri olub. Onun operativliyi, obyektivliyi, peşəkarlığı prosesləri baş verdiyi məkanlarda izləməkdə, olayları real qiymətləndirməkdə özünü biruzə verib. Həyatda nümunəvi ailə başçısı, qayğıkeş ata, baba olması da Viktor Şulmanı ətrafdakılara sevdirib.
Mətbuat Şurası Viktor Şulmanın vəfatını ağır itki sayır, onu tanıyanlara və doğmalarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Oxşar yazılar

84 il sonra ilk dəfə: Bir BÜRC taleyini dəyişmək üçün nadir şans əldə edəcək
22 iyul 2025 , 00:02
Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin
21 iyul 2025 , 19:46
Xoş XƏBƏR: Sabah əsəcək külək istinin təsirini azaldacaq
21 iyul 2025 , 19:07
İyulun 21-də yeni həyata başlayacaq BÜRCLƏR: Keçmişlə vidalaşacaqsınız
21 iyul 2025 , 18:39
Müəllimlərin işə qəbulunun NƏTİCƏLƏRİ
21 iyul 2025 , 18:09
Vanqa və "yaşayan Nostradamus"dan 2025-ci il üçün eyni sensasiyalı PROQNOZ
21 iyul 2025 , 17:12
Bakıda bu avtobus zolaqlarında sərnişin düşürməyə icazə verildi
21 iyul 2025 , 15:58