ADU rektoru I kurs tələbələri ilə görüşüb - FOTO
Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) “Bilik günü” münasibətilə universitetin rektoru, millət vəkili, professor Səməd Seyidov I kurs tələbələri ilə görüşüb. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ADU-nun akt zalında keçirilən görüşdə rektor Bilik günü münasibətilə professor – müəllim heyətini, tələbələri təbrik edib. Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutan Azərbaycan Dillər Universitetinə daxil olan tələbələrə uğurlar arzulayıb.
Rektor Cənubi Qafqazda ən böyük İnformasiya Resurs Kompleksinin ADU-da fəaliyyət göstərdiyini və kompleksdə tələbələrin təhsili üçün bütün şəraitin yaradıldığına diqqət çəkib: “Yeni tədris ilində universitetə qəbul planı 60% artırılıb”.
ADU-nun məzunu Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri (ATGTİ) Şahin İsmayılov isə çıxışında universitet rəhbərliyinin gəncliyə olan diqqət və qayğısından danışıb və rəhbərliyə öz təşəkkürünü bildirib. Qeyd edək ki, yeni tədris ilində Azərbaycanda ən gənc tələbə ADU-da təhsil alacaq. Universitetin 1 saylı İngilis dili fakültəsinə qəbul olan Ulduz Salahlının 15 yaşı var.

Oxşar yazılar

Ağıllı insanların dostu niyə az olur? - Maraqlı ARAŞDIRMA
22 iyul 2025 , 15:55
Uşaqların yoluxduğu infeksiya ölümə səbəb ola bilər - PEDİATRLA MÜSAHİBƏ
22 iyul 2025 , 15:26
Bakınının bu ərazisində 10 gündür su niyə gəlmir? - RƏSMİ CAVAB
22 iyul 2025 , 14:14
Sabah da 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
22 iyul 2025 , 12:37
Naxçıvanda APA Media Qrupun əməkdaşları təltif olundu
22 iyul 2025 , 11:44
İsti havada tər qoxusundan qurtulmağın YOLLARI
22 iyul 2025 , 11:20
Bəzi rayonlara yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
22 iyul 2025 , 10:45