
“Gənc istedadlar” liseyində Bilik bayramı - FOTO
Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində Bilik günü keçirilib. BDU-nun mətbuat və informasiya şöbəsindən Lent.az-a verilən məlumata görə, dövlət himni səsləndikdən sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını bu münasibətlə təbrik edib, liseyin qazandığı uğurlardan söz açıb. İndiyədək liseyi bitirmiş məzunların hamısının ən qabaqcıl ali məktəblərə daxil olduqlarını, bununla da BDU-nun adına böyük şərəf gətirdiklərini söyləyən rektor, bu il 1000 nəfərin arasından seçilmiş 80 şagirdin də yaxşı oxuyacağını, universitetimizə şərəf gətirəcəyinə ümid etdiyini bildirib. Liseyin direktoru, professor Qasım Hüseynov da şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib, onlara uğurlar diləyib. Sonra söz 686 bal toplayan və təhsilini BDU-da davam etdirəcək Bəhram Axundova, son iki ilin Respublika Olimpiadasının qalibi, Astanada keçirilmiş Beynəlxalq Mendeleyev Olimpiadasının üçüncü mükafatçısı Sona Quluzadəyə verilib. Liseyin 6-cı sinif şagirdləri Lalə Muradlı və Orduxan Qəhrəmanzadənin çıxışından sonra liseyə yenicə qəbul edilmiş beşinci sinif şagirdləri - qəbulda yüksək bal toplamış Fərid Mahmudov və rus sektoruna qəbul üzrə ən yüksək bal toplamış İmran Cəbrayılov çıxış ediblər.
Oxşar yazılar

Daxili işlər naziri adından saxta şərh yayıldı - RƏSMİ AÇIQLAMA
22 iyul 2025 , 16:37
Ağıllı insanların dostu niyə az olur? - Maraqlı ARAŞDIRMA
22 iyul 2025 , 15:55
Uşaqların yoluxduğu infeksiya ölümə səbəb ola bilər - PEDİATRLA MÜSAHİBƏ
22 iyul 2025 , 15:26
Bakınının bu ərazisində 10 gündür su niyə gəlmir? - RƏSMİ CAVAB
22 iyul 2025 , 14:14
Sabah da 40 dərəcədən çox isti olacaq - hava PROQNOZU
22 iyul 2025 , 12:37
Naxçıvanda APA Media Qrupun əməkdaşları təltif olundu
22 iyul 2025 , 11:44
İsti havada tər qoxusundan qurtulmağın YOLLARI
22 iyul 2025 , 11:20